Bazar, 05 May

"Məlumatı unutmaq bəzən beyin üçün faydalıdır" - Yeni araşdırma

image

Bir qrup elm adamı böyük məlumat axını və sürətlə dəyişən infomasiya ilə üzləşdiyimiz müasir dövrdə həm insanlar, həm də heyvanlar üçün məlumatı unutmağın vacibliyini təsdiqləyən bir araşdırma aparıblar.

Məlumata görə, alimlər sübut ediblər ki, məlumatı unutmaq bəzən beyin üçün faydalıdır

“Cell Reports Medicine” jurnalının hesabatına görə, siçanlar üzərində aparılan təcrübələr göstərib ki, yeni əlaqələr yarandıqda beyin çox vaxt köhnə xatirələri sıxışdırır. Aparılan dərin laboratoriya tədqiqatları yaddaşların saxlanması və itirilməsi prosesində enqramlar adlanan müəyyən neyron qruplarının əsas rolunu üzə çıxarıb.

Nəzərə almaq lazımdır ki, unudulmuş məlumat beynin həmin xatirələrlə bağlı yeni təcrübələrə malik olduğu zaman geri qaytarıla bilər. Alimlər bunu kodu seyfdə unutduqdakı vəziyyətlə müqayisə edirlər, lakin sonra bəzi yeni kontekstlə qarşılaşdıqda onu xatırlayırlar.

Bundan əlavə, psixoloqlar qeyd ediblər ki, neqativ məlumatı unutmaq orqanizmi psixoloji travmadan və özünü məhv etməkdən qorumaq üçün faydalı mexanizmdir. Problemlərinizi və səhvlərinizi daim xatırlamaq psixi sağlamlığınız üçün təhlükəli ola bilər.

Amma müsbət məlumatı da əbədi saxlamaq olmaz. Köhnə təcrübələri unudaraq, biz yenidən düşünmək və yeni şərtlərə uyğunlaşmaq imkanını açırıq. Daim dəyişən dünyada köhnəlmiş inanclar yeni reallıqlara uyğunlaşmağımıza mane ola bilər. Məsələn, bir kitabı yenidən oxuyanda onun əvvəllər fərq etmədiyimiz yeni cəhətlərini kəşf edirik.

Bu mexanizmləri başa düşmək təkcə elm üçün deyil, həm də psixoloji və psixi pozğunluqların, eləcə də yaşa bağlı xəstəliklərin müalicəsi üçün vacibdir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15